• cümə, 29 Mart, 15:28
  • Baku Bakı 14°C

“İqtisadçı” klubu ABŞ millisinin voleybolçusunu transfer edib

12.06.13 16:27 1590
“İqtisadçı” klubu ABŞ millisinin voleybolçusunu transfer edib
“İqtisadçı” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yeni mövsüm üçün 7-ci transferini rəsmiləşdirib.
Belə ki, yeni mövsümdə ABŞ millisinin ulduzlarından hesab olunan Kim Vilouqbi “İqtisadçı”nın uğurları üçün çalışacaq. 33 yaşlı voleybolçu ilə 1 illik müqavilə bağlanıb. Kim təmsilçimizin heyətinə Puerto-Rikonın “Pinkin de Korozal” klubundan transfer olunub.
180 sm boya malik Kim karyerasına vətənində “University of Havaii” (1999-2003) komandasında başlayıb. O, daha sonra “Kriollas de Kaqaus” (2003-2005), “Valenkianas de Yunkos” (hər ikisi Puerto-Riko, 2009, 2011-2012), “Mursiya” (İspaniya, 2005-2006), “Santeramo Sport” (2006-2007), “Çyeri” (2007-2008) və “Peruca” (hamısı İtaliya, 2008-2009) klublarında oynayıb. Bu illərdə 1 dəfə Puerto-Riko çempionu (2005) olan Vilouqbi 1 dəfə də İspaniya çempionatının qızıl medallarını (2006) qazanıb. O, həmçinin 2009-cu ildə Çempionlar Liqasının üçüncüsü adına yiyələnib.
2008-ci ildən millində çıxış edən voleybolçu elə həmin il Pekin Olimpiadasının finalçısı olub.
Qeyd edək ki, “İqtisadçı” Kimdən öncə Vey Kiuyue, Yun Ven Ma (hər ikisi Çin), Aleksandra Klineman (ABŞ), Manon Flier (Hollandiya), Valentina Serenanın (İtaliya) və Lenka Dürrü (Almaniya) transfer edib.
banner

Oxşar Xəbərlər