AZE | RUS | ENG |

İqtisadçı ekspert Aleksandr Oxrimenko: 2019-cu ildə Azərbaycanda iqtisadi artım tempi 3 faizdən çox ola bilər

İqtisadçı ekspert Aleksandr Oxrimenko: 2019-cu ildə Azərbaycanda iqtisadi artım tempi 3 faizdən çox ola bilər
Azərbaycanın dinamik inkişafını nəzərə alsaq, gələn il ölkədə iqtisadi artım tempi 3 faizdən çox ola bilər.

Bunu Trend-ə ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko deyib.

Ekspertin sözlərinə görə, neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək, ona görə də "Moody's” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin artması proqnozu ilə razılaşmaq olar: "Aydındır ki, neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına da təsir etmişdi. Amma indi, dünya neft bazarında böhranın keçməsindən sonra ölkədə iqtisadi artım üçün bütün şərtlər var. Neft satışından əldə olunan indiki gəlirlər Azərbaycana dövlət büdcəsindən sosial xərcləri artırmağa, öz vətəndaşlarını əlavə iş yerləri ilə təmin etməyə imkan verəcək. Bugünkü gün Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu məqsədyönlü şəkildə inkişaf etdirir, bu isə, mənim fikrimcə ölkə rəhbərliyinin düşünülmüş qərarıdır”.

Ekspert əlavə edib ki, Azərbaycan iqtisadiyyatında müsbət dəyişiklikləri müxtəlif beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları da qeyd edir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173