• çərşənbə axşamı, 23 aprel, 10:12
  • Baku Bakı 20°C

İqtisad Universitetində iki dekan işdən çıxarılıb

16.04.14 16:53 1304
İqtisad Universitetində iki dekan işdən çıxarılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) kadr islahatları davam edir.
ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, universitetin rektorunun imzaladığı əmrə əsasən, Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib.
“Beynəlxalq iqtisadi münasibətlər” və “Ümumi iqtisadiyyat” fakültəsinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad edilib.
Rektorun digər əmri ilə “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, “Türk dünyası işlətmə” fakültəsinin dekan müavini Asiman Quliyev isə “Ümumi iqtisadiyyat” fakültəsinin dekanı təyin olunub. Universitetin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib.
banner

Oxşar Xəbərlər