• cümə axşamı, 25 aprel, 20:57
  • Baku Bakı 21°C

İqtidar-müxalifət görüşünün əsas mövzusu I Avropa Oyunlarıdır

15.05.15 06:04 734
İqtidar-müxalifət görüşünün əsas mövzusu I Avropa Oyunlarıdır
“Ötən müddət ərzində Prezident Administrasiyasına siyasi partiyalardan görüşdə müzakirə üçün bəzi təkliflər daxil olub. Lakin faktiki hamının marağını kəsb edəcək və aktual olacaq ciddi təklif almamışıq. Yeganə olaraq, “Azadlıq-2015” blokundan qarşıdan gələn parlament seçkiləri, seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı ümumiləşmiş ciddi təklif daxil olmuşdu. Lakin hakimiyyət bu gün bu təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil və hazırda hakimiyyət olaraq, siyasi partiyalarla seçki islahatları və qarşıdan gələn seçkiləri gündəmə çıxarmağa lüzum görmürük. Ona görə də bu mövzudan vaz keçdik”.
APA-nın məlumatına görə, bunu bu gün bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə keçirilən növbəti iqtidar-müxalifət görüşündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu Oyunlara daxildə və xaricdə münasibətdir: "Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır”.
Ə. Həsənov görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: “Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik”.
banner

Oxşar Xəbərlər