• cümə, 29 Mart, 02:27
  • Baku Bakı 7°C

İqtidar-müxalifət dialoqu mütəmadi xarakter ala bilər

10.02.15 11:31 1020
İqtidar-müxalifət dialoqu mütəmadi xarakter ala bilər
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov fevral 12-də keçiriləcək iqtidar-müxalifət görüşünü tədqirəlayiq hesab edir.
S.Novruzov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalar bu dialoqa dəvətlidirlər: “Dialoq, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, həmçinin Yeni Azərbaycan Partiyasının Dialoq və siyasi partiyalarla əlaqələr üzrə komissiyasının sədri, İdarə Heyətinin üzvü Əli Həsənov tərəfindən aparılacaq. Bütün siyasi partiyalarla birlikdə fikir mübadiləsi aparılacaq”.
O, qeyd edib ki, bundan öncə də siyasi partiyalarla görüşlər keçirilmişdi: “İlk olaraq parlamentdə təmsil olunan siyasi partiyalarla görüş keçirildi, müxtəlif məsələlər müzakirə edildi. Sonra qeydiyyatdan keçən bir qrup siyasi partiya ilə görüş keçirildi. Bu mərhələdə isə bütün qeydiyyatdan keçmiş siyasi partiyalar görüşə dəvətlidirlər və müəyyən fikir mübadiləsi aparılacaq, irəli sürülən təkliflər təhlil ediləcək və bunlardan hansı məqbul hesab olunacaqsa, bugünkü reallığa cavab verəcəksə, onların tətbiqi ilə bağlı müxtəlif addımların atılması haqqında müzakirələr aparılacaq”.
S.Novruzov əlavə edib ki, hökumət öz tərəfindən siyasi partiyalarla dialoq istiqamətində lazım olan addımları atır: “Vaxtilə ATƏT və yaxud Avropa Şurasının hər hansı qurumu belə görüşlər təşkil edirdi. Lakin indi bunların heç birinə ehtiyac yoxdur. Çünki siyasi partiyalar Azərbaycanda fəaliyyət göstərir və bu məsələdə heç bir xarici təşkilatın iştirakı olmadan Azərbaycanda olan siyasi partiyalar yığışıb siyasi partiyalar və ictimai-siyasi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparırlar”.
Millət vəkili hesab edir ki, əgər hər hansı bir siyasi partiyada qərəz yoxdursa, hər hansı bir siyasi partiya bu məsələyə öz şəxsi prizmasından baxmırsa, ümumdövlət, ümumxalq maraqlarından baxırsa, deməli, bu partiyaların hamısı orada iştirak edəcək və beləliklə, bu dialoq mütəmadi xarakter alacaq.
banner

Oxşar Xəbərlər