• cümə, 29 Mart, 00:59
  • Baku Bakı 7°C

İqor Popov: "Səfərimizin əsas məqsədi yeni hakimiyyətlə tanışlıqdır"

07.06.18 14:15 440
İqor Popov: "Səfərimizin əsas məqsədi yeni hakimiyyətlə tanışlıqdır"
"Gələn həftə Ermənistana səfərimiz planlaşdırılır. Bu səfər Ermənistanın yeni hakimiyyəti ilə tanışlıq məqsədi daşıyır".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasındaATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
Rusiyalı həmsədr yaxın vaxtlardaDağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı yüksək səviyyədə görüşlərin planlaşdırılıb-planlaşdırılmaması ilə barədə suala cavabında bütün bu məsələlərin həmsədrlərin Ermənistana səfəri zamanı müzakirə olunacağını söyləyib: "Yaxın günlərdə Ermənistana səfər edəcəyik. Orada bu məsələlər ətrafında ümumi danışıqlar aparacağıq. Biz həmsədrlər hələ ki, Ermənistanın yeni xarici işlər naziri ilə tanış deyilik. Səfərimizin əsas məqsədi Ermənistanın yeni hakimiyyəti ilə tanışlıqdı".
banner

Oxşar Xəbərlər