• cümə axşamı, 25 aprel, 07:45
  • Baku Bakı 14°C

İqor Dodon ona təzyiq edənlərə güzəştə getməyəcəyi mesajını verib

08.06.19 20:09 558
İqor Dodon ona təzyiq edənlərə güzəştə getməyəcəyi mesajını verib
Moldova Prezidenti İqor Dodon demokratların onu istefaya göndərmək üçün bütün vasitələrdən istifadə etdiyini açıqlayıb.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, İ.Dodon ona və ailəsinə qarşı təzyiqlərin artdığını bəyan edib.
"Mənə dəqiq məlumat daxil olub ki, yeni Baş Naziri təyin etməmək və parlamenti buraxmaq üçün opponentlərim təzyiqləri artıracaqlar. Bəyan edirəm ki, hər hansı güzəştə getməyəcəyəm”, - deyə Dodon əlavə edib.
Prezident qeyd edib ki, parlamentdə fraksiya formalaşan kimi onlarla Baş Nazirin təyini məsələsini müzakirə etməyə başlayacaq.
banner

Oxşar Xəbərlər