• cümə axşamı, 25 aprel, 14:07
  • Baku Bakı 23°C

İqlim normasından yüksək istilik müşahidə olunur

16.05.14 09:44 1273
İqlim normasından yüksək istilik müşahidə olunur
Hazırda ölkə ərazisində müşahidə olunan havanın hərarəti iqlim normasından yüksəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, ötən gün Bakıda havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.
Onun sözlərinə görə, yaxın 2 gün ərzində də yağmursuz və mülayim hava şəraiti davam edəcək. Havanın temperaturu Bakı və Abşeron yarımadasında 32-34 dərəcə, Aran rayonlarında isə bir qədər yüksək - 35-36 dərəcəyə olacaq. Mülayim külək əsəcək və nisbətən yüksək temperatur rejimi müşahidə ediləcək. Yüksək temperaturla əlaqədar havanın temperaturu yaxın günlərdə də normadan bir qədər yüksək olacaq.
İsti və mülayim hava şəraitinin meteohəssas insanlara təsirinə gəlincə, U. Tağıyeva qeyd edib ki, hava şəraiti sabit, mülayim olacaq. Digər meteoroloji amillər norma daxilində tərəddüd etdiyindən belə hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
banner

Oxşar Xəbərlər