• cümə axşamı, 25 aprel, 15:56
  • Baku Bakı 23°C

İqbal Ağazadənin müavini istefa verdi

03.06.14 17:10 986
İqbal Ağazadənin müavini istefa verdi
Ümid Partiyası sədrinin müavini Könül Quliyeva partiyada tutduğu vəzifədən və partiya üzvlüyündən istefa verib.
APA-nın verdiyi məlumata görə, K.Quliyeva bunu “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, istefasının səbəbini açıqlamayıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya açıqlamasında K.Quliyevanın istefa verdiyini təsdiqləyib: “Könül Quliyeva şəxsi işləri və partiyada işlərinin çox olması səbəbindən istefa verib. Özünün izahatı belə olub”.
K.Quliyevanın sədr müavini postu ilə bərabər üzvlükdən də istefa verməsinə gəlincə, İ.Ağazadə deyib ki, bu da problem deyil: “Partiyada 50 min üzv var, ayda beşi gəlir, biri gedir. Biz hər gedən üçün üzülürük. Amma bu, bizim işimiz üçün problem yaradan bir şey deyil”.
banner

Oxşar Xəbərlər