• cümə axşamı, 25 aprel, 18:12
  • Baku Bakı 21°C

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib

26.12.17 13:40 653
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib
Azərbaycan prezidentiİlham ƏliyevFəxri Xanhüseyn oğlu Kazımovun İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə,Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib:
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
banner

Oxşar Xəbərlər