• çərşənbə axşamı, 19 mart, 08:02
  • Baku Bakı 8°C

İpoteka kreditlərini daha çox kimlər götürür?

20.10.18 11:15 425
İpoteka kreditlərini daha çox kimlər götürür?
2018-ci ilin üçüncü rübünün sonuna olan vəziyyətə əsasən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyard manat, o cümlədən güzəştli kreditlərin həcmi 315 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Fondun yayımladığı hesabatda deyilir.
Ötən ilin 9 ayı ilə müqayisədə təkrar maliyyələşdirmənin həcmi 43,5 faiz, güzəştli kreditlərin təkrar maliyyələşdirilməsi həcmi 40 faiz artıb.
Üç rüb ərzində ümumilikdə 23 759 ipoteka krediti verilib ki, onlardan 7 036-ı güzəştlidir.
Hesabat dövründə Bakıda 18 109, Sumqayıtda 2 371, Abşeron rayonu və Xırdalanda 1 664 ipoteka krediti verilib.
İpoteka kreditləşməsi üzrə Azərbaycan şəhərlərinin reytinqi (yanvar-sentyabr 2018 ):
Bakıda ən çox ipoteka krediti Xətai rayonunda (24,3 faiz) verilib. Yasamal rayonunda ipoteka kreditlərinin payı 16,8 faiz, Binəqədi rayonunda 13,6 faiz təşkil edib.
İpoteka kreditlərinin 21 faizdən çoxunu hərbi qulluqçular götürüb. Daha sonra maliyyə sektorunun nümayəndələri - bankir və sığortaçılar (20,8 faiz), energetika sahəsi (12,6 faiz), hüquq-mühafizə orqanlarının (8,7 faiz) əməkdaşları gəlir.
İl ərzində ipoteka kreditlərinin ailə vəziyyəti üzr strukturunda dəyişiklik qeydə alınıb. Əgər 2017-ci ilin üç rübü ərzində ipoteka götürənlərin 68,7 faizi evli idisə, bu il onların payı 48,4 faiz təşkil edib. Subay ipoteka götürənlərin payı isə 31,3 faizdən 51,6 faizədək artıb.
banner

Oxşar Xəbərlər