• cümə axşamı, 18 aprel, 16:10
  • Baku Bakı 22°C

İpoteka Fondunun istiqrazlarının yüz milyon manatlıq emissiyasının ikinci tranşı yerləşdiriləcək

25.09.17 09:10 1054
İpoteka Fondunun istiqrazlarının yüz milyon manatlıq emissiyasının ikinci tranşı yerləşdiriləcək
Sentyabrın 28-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin 25 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 001,67 manat qiyməti ilə satışa çıxarılacaq.
ASC-dənAZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.
Baza emissiya prospektinə əsasən, yerləşdirilmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
banner

Oxşar Xəbərlər