• cümə axşamı, 18 aprel, 12:39
  • Baku Bakı 22°C

“İpәk Yolu” konfransında Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb

01.05.17 09:10 911
“İpәk Yolu” konfransında Azәrbaycanın strateji әhәmiyyәti vurğulanıb
ABŞ-ın aparıcı biznes və sənaye mәrkәzlәrindәn biri olan Çikaqo şәhәrindә 2017-ci il üzrə "İpәk Yolu” beynәlxalq konfransı keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindənAPA-ya verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilənkonfrasda "İpək Yolu” boyunca yerləşən, o cümlədən Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və bəzi Şərqi Avropa dövlətlərinin rəsmi və özəl strukturlarının çoxsaylı təmsilçiləri, eləcə də ABŞ-ın Çikaqoda və ətraf regionlarda fəaliyyət göstərən şirkətlərinin və akademik institutlarının nümayəndələri iştirak edib.
Konfransın әsas mövzusu iştirakçıların Avropanı Çinlә birlәşdirәn "İpәk Yolu" üzәrindә yerlәşәn dövlәtlәrin investisiya, ticarәt, nәqliyyat vә tranzit potensialı ilә tanış edilməsindən ibarәt olub. Əvvəlki illərdə keçirilmiş tədbirlərdə olduğu kimi, bu ilki tədbirdə də ölkəmiz Azərbaycanın ABŞ-dakı sәfirliyi tərəfindən təmsil edilibvə konfransda Azərbaycan tərəfdən səfirlik ilə yanaşı ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) qatılıb.
Tədbirdə çıxış edən səfirliyin əməkdaşı tərəfindən Azərbaycanın əlverişli coğrafi mövqeyi, ölkəmizin müasir tarixi və öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu transformasiya yolu və bu yolun iqtisadiyyatın sürətli inkişafına səbəb olması izah edilib, ölkəmizin təşəbbüsü və ya aparıcı rolu ilə həyata keçirilən irimiqyaslı layihələrin tarixi "İpək Yolu"nun bərpası baxımından əhəmiyyətinə toxunulub. Bu xüsusda, ölkəmizin "İpək Yolu"nda yerləşən qonşu dövlətlərlə əlaqələrinin gücləndirilməsinə töhfəsi kimi, energi, nəqliyyat, informasiya və telekommunikasiya sahəsində, eləcə də mədəni səviyyədə təmasların artırılmasına yönəlmiş səyləri barədə danışılıb. USACC-nin təmsilçisi Azərbaycanda biznes və investisiya imkanları barədə danışıb və diqqəti qeyri-neft sektorunun inkişafı məqsədilə ölkədə müxətlif istiqamətlərdə aparılan uğurlu islahatlara yönəldib.
Eyni zamanda konfrans çərçivəsində Azərbaycan barədə müxtəlif nəşrlərin təqdimatı ilə məlumat güşəsi təşkil edilib, ölkəmizlə biznes və investisiya əlaqələrinin qurulmasında maraqlı olan şirkətlərlə bu istiqamətdə müzakirələr keçirilibvə onlar müvafiq prosedurlar barədə məlumatlandırılıb.
banner

Oxşar Xəbərlər