• cümə, 29 Mart, 10:42
  • Baku Bakı 5°C

Çip sənayesində ən böyük sövdələşmə baş tuta bilər

09.10.20 11:39 606
Çip sənayesində ən böyük sövdələşmə baş tuta bilər

ABŞ-ın çip istehsalçısı "Advanced Micro Devices" (AMD) yerli rəqibi "Xillinx”i almaq üçün danışıqlar aparır.
"Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Tərəflər razılığa gəlsələr, çip sənayesində dəyəri təxminən30milyard ABŞ dolları olan ən böyük sövdələşmə baş tuta bilər.
Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyası dövründəkompüter və digər elektron cihazlara tələbatınartması AMD-nin bazar dəyərinin 89% artaraq100milyard ABŞ dollarını keçməsi ilə nəticələnib. Bu ilin II rübündə şirkətin gəlirlərii illik müqayisədə 16% artaraq1,9milyard dollar ABŞ dolları, xalis mənfəəti isə 4 dəfədən çox artaraq157milyon ABŞ dolları təşkil edib.
"Xillinx”in bazar dəyəri isə bu il 9% artıb və hazırda26milyard ABŞ dolları ətrafındadır.
banner

Oxşar Xəbərlər