• cümə, 29 Mart, 12:43
  • Baku Bakı 14°C

İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib

27.05.20 13:11 535
İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm”.
banner

Oxşar Xəbərlər