• cümə, 29 Mart, 19:46
  • Baku Bakı 14°C

İordaniya şahzadəsi Cocuq Mərcanlıya səfər edib

19.07.18 13:15 469
İordaniya şahzadəsi Cocuq Mərcanlıya səfər edib
İordaniya şahzadəsi AzərbaycanınCəbrayılrayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, şahzadə Mirad bin Raad əl-Hüseyni Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA nümayəndələrinin müşayiəti ilə bu gün Cocuq Mərcanlıda olub. OnuCəbrayılvəFüzulirayon İH icra başçıları qarşılayıb.
Qonaq Cocuq Mərcanlı sakinləri ilə söhbət edib, kənd məktəbi ilə tanış olub, məscidə gedərək axundla görüşüb.O, işğaldan sonra rayon ərazisini tərk etməyən kənd sakini Oktay Həziyevin qonağı olub.
Mirad bin Raad əl-Hüseyni bildirib ki, Cocuq Mərcanlı kiçik olsa da, gözəl inşa edilib: "Burada gördüyüm bütün şərait - infrastruktur çox yüksək səviyyədə təşkil olunub. Bu, dövlətin nailiyyətidir”.
banner

Oxşar Xəbərlər