• şənbə, 20 Aprel, 18:17
  • Baku Bakı 24°C

İordaniya şahzadəsi Bakıya gəlir

08.04.14 10:39 1394
İordaniya şahzadəsi Bakıya gəlir
İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdeh aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Senatın sədri ilə Əmmanda keçirilmiş görüşü zamanı əldə olunub.
II Qlobal Müştərək Cəmiyyətlər Forumunda İordaniya şahzadəsi, əlahəzrət Basma bin Talat da iştirak edəcək. Basma bin Talat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlər və xalqlar arasında dialoq və anlaşmanın təbliğindəki rolunu yüksək qiymətləndirib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 200-dək ölkənin sabiq hökumət və dövlət başçısı, nüfuzlu siyasi xadimlər, beynəlxalq qurumların təmsilçiləri iştirak edəcək.
banner

Oxşar Xəbərlər