• cümə, 19 Aprel, 19:21
  • Baku Bakı 24°C

İordaniya kralı Azərbaycan prezidentini təbrik edib

13.04.18 17:35 757
İordaniya kralı Azərbaycan prezidentini təbrik edib
İordaniya kralı II Abdullah ibn Al Hüseynİlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olundu. İordaniya Haşimilər Krallığı Azərbaycanla tarixi köklərə bağlanan dostluq münasibətlərini, Sizin müdrik rəhbərliyiniz ilə bu əlaqələri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün əsas amalımız olan regional və qlobal sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində inkişaf etdirməyi bir daha bəyan edir. Zati-aliləri, Sizə uğurlarınızın davamlı olmasını, dost Azərbaycan xalqına isə bundan sonra da firavanlıq və rifah şəraitində yaşamağı arzulayıram”.
banner

Oxşar Xəbərlər