İnyesta müsahibə verdi, tribuna uçdu, xəsarət alanlar var
"Barselona”nın
azarkeşləri ciddi xəsarət alıblar.
Kaspi.az xəbər
verir ki, hadisə komandanın məşqi zamanı baş verib. Komandadan ayrılacağı dəqiqləşən
Andres İnyesta müsahibə verərkən, yaxınlıqdakı tribuna çöküb.
Tribunada olan
18 nəfər azarkeş İnyestaya yaxın olmağa cəhd göstərirmiş. Onların hamısı müxtəlif
dərəcəli xəsarət alıblar. Azarkeşlər xəstəxanaya yerləşdiriliblər.
İnyesta
"tvitter”də məsələ ilə bağlı şərh yazaraq, fanatlara tez sağalmağı arzulayıb:
"Bu gün baş verən
dəhşətli hadisədən sonra müsahibə zamanı xəsarət alan hər kəsə dəstəyimi
nümayiş etdirirəm. Ümid edirəm ki, onlar tezliklə sağalacaqlar. Sizi
qucaqlayıram”.