• cümə, 19 Aprel, 23:07
  • Baku Bakı 24°C

İnyesta müsahibə verdi, tribuna uçdu, xəsarət alanlar var

16.05.18 10:25 648
İnyesta müsahibə verdi, tribuna uçdu, xəsarət alanlar var
"Barselona”nın azarkeşləri ciddi xəsarət alıblar.
Kaspi.az xəbər verir ki, hadisə komandanın məşqi zamanı baş verib. Komandadan ayrılacağı dəqiqləşən Andres İnyesta müsahibə verərkən, yaxınlıqdakı tribuna çöküb.
Tribunada olan 18 nəfər azarkeş İnyestaya yaxın olmağa cəhd göstərirmiş. Onların hamısı müxtəlif dərəcəli xəsarət alıblar. Azarkeşlər xəstəxanaya yerləşdiriliblər.
İnyesta "tvitter”də məsələ ilə bağlı şərh yazaraq, fanatlara tez sağalmağı arzulayıb:
"Bu gün baş verən dəhşətli hadisədən sonra müsahibə zamanı xəsarət alan hər kəsə dəstəyimi nümayiş etdirirəm. Ümid edirəm ki, onlar tezliklə sağalacaqlar. Sizi qucaqlayıram”.
banner

Oxşar Xəbərlər