AZE | RUS | ENG |

İnyesta həmin şəklə görə üzr istədi

İnyesta həmin şəklə görə üzr istədi
"Barselona”nın sabiq futbolçusu, hazırda Yaponiyanın "Vissel Kobe” klubunda çıxış edən Andre İnyestanın tənqidlərə tuş gəldiyi barədə məlumat vermişdik. 
 
Kaspi.az xəbər verir ki, İnyesta sosial şəbəkədə paylaşdığı şəkildən sonra rasizmdə ittiham edilmişdi. Şəkildə iki nəfərin qrim edilərək, qaradərili formasına salınması sosial şəbəkə istifadəçilərini qəzəbləndirmişdi. 
 
İnyesta ictimai qınağı nəzərə alaraq üzr istəməli olub. Məsələ ilə bağlı İnyestanın nümayəndəsi açıqlama yayaraq, futbolçunun heç kimin xətrinə dəymək niyyətində olmadığını bildirib. O, bu şəklə görə mənəvi əziyyət çəkən hər kəsdən üzr istədiklərini vurğulayıb. 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN