AZE | RUS | ENG |

İnvestisiya mühitinin daha da yaxşılaşdırılması

İnvestisiya mühitinin daha da yaxşılaşdırılması
Vüqar Bayramov: Bu, sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır

İnvestisiya mühitinin daha da yaxşılaşdırılması bir tərəfdən Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyinə müsbət təsir göstərir, digər tərəfdən sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır. Nəticədə son illər ölkəmizdə aparılan dərinləşdirilmiş islahatlar sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır.

Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı, xüsusən 2014-cü ildən başlayaraq dərinləşdirilmiş islahatlar həm sahibkarlar üçün biznesdə prosedurların sayının kəskin azaldılması, o cümlədən maliyyə və digər resurslara çıxış imkanlarının artırılması formasında həyata keçirilir. Son illər aparılan islahatlar lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, bir sıra sektorlarda lisenziyaların tamamən ləğv edilməsi, lisenziyalar üzrə müəyyənləşdirilmiş məbləğin aşağı salınması, regionlar və paytaxt üçün diferensial lisenziya tariflərinin müəyyənləşdirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyətinə yersiz müdaxilənin minimumlaşdırılmasına xidmət edir.

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması məqsədilə ölkədə bir sıra tədbirlərin həyata keçirildiyini deyən ekspert diqqətə çatdırıb ki, görülən işlər sahibkarlar üçün fəaliyyətlərinin genişləndirilməsi, onların fəaliyyətlərinə müdaxilələrin aradan qaldırılması baxımından vacibdir. Digər tərəfdən sahibkarlar dövlətin təklif etdiyi təşviqlərdən istifadə etmək imkanı əldə ediblər. Sənaye parklarında və aqroparklarda sahibkarların çox sayda vergi güzəştlərindən istifadə imkanları var ki, bu da sahibkarlığın inkişafı və genişləndirilməsi baxımından çox vacibdir.

Vüqar Bayramov xatırladıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı sahibkarlara bundan sonra da dövlət öz dəstəyini göstərəcəyini qeyd edib: "Sahibkarlara bundan sonra da dövlət öz dəstəyini göstərəcək. Bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılmışdır. Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il də kreditləşmə uğurla gedir, tələbat çoxdur. Bu, çox sevindirici haldır. Əminəm ki, Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti nəticəsində gələn il də ölkəmizdə minlərlə iş yeri yaradılacaq".

Ekspert hesab edir ki, sahibkarlığın inkişafı, regional olaraq sektoral inkişafa birbaşa təsir göstərir. "Əgər, əvvəllər biz regionları aqrar sektorun inkişafı baxımından xarakterizə edirdiksə, artıq regionlar da birbaşa sənayenin inkişafına töhfə vermək imkanına malikdirlər. Sənaye parklarının yaradılması regionlarda sənayeləşməyə təkan verən faktorlardan biridir. Nəzərə alsaq ki, Azərbaycan regionları artıq innovativ sənaye sahələrinin formalaşmasında iştirak edirlər. Neftçala Sənaye Parkında avtomobil istehsal edilməsi və zavodun istehsal gücünün illik 10 min avtomaşın olması da ondan xəbər verir ki, regionlar innovativ və sənaye məhsullarını yalnız daxili istehlak üçün deyil, həm də ixrac üçün istehsal etmək imkanına malik olacaq. Praktik olaraq bu, regionların ixrac strukturunun dəyişməsinə və regionların yalnız aqrar məhsul deyil, həm də sənaye məhsulu ixrac etməsinə imkan verəcək. İnvestisiya mühitinin daha da yaxşılaşdırılması bir tərəfdən Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyinə müsbət təsir göstərir, digər tərəfdən sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır. Nəticədə son illər ölkəmizdə aparılan dərinləşdirilmiş islahatlar sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır", - deyə V.Bayramov bildirib.

Ekspert vurğulayıb ki, son müşavirlərdə qeyd olunduğu kimi, sahibkarların bu imkanlardan faydalanması, xüsusən də ixracda daha fəal olmasına ehtiyac var. Dövlət təşviq siyasətini davam etdirir, biznes mühitinin genişləndirilməsi ilə bağlı fəaliyyətini genişləndirir. Nəticədə sahibkarların aktivliyi hesabına Azərbaycan yerli və xarici bazara daha çox məhsul çıxara bilər ki, bu da sahibkarlığın inkişafı üçün bir zəmin formalaşdırır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163