• cümə, 29 Mart, 17:37
  • Baku Bakı 14°C

“İntihara cəhd etdim” - Gülər Əhmədova

31.10.13 11:17 1148
“İntihara cəhd etdim” - Gülər Əhmədova
“Elşad Abdullayev mənimlə bağlı məlum videonu yayandan sonra şoka düşmüşdüm. Əllimi həyatdan üzmüşdüm. Gözləmədiyim insanlardan gözləmədiyim reaksiyalar gördüm. Bir dəfə 24 saat insult keçirdim. Bir dəfə də intihara cəhd etdim. Hər gün dərman atıb yatırdım”.
APA-nın məlumatına görə, bunu bü gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışının davamında G. Əhmədova deyib.
Proses davam edir.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər