• cümə, 19 Aprel, 07:04
  • Baku Bakı 13°C

İntihar etmək istəyən şəxs xilas edilib

09.01.19 11:15 581
İntihar etmək istəyən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyi(FHN)Bakının Nizami rayonu ərazisindəintihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.
"Report” FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda1 nəfərdördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
banner

Oxşar Xəbərlər