İnterpolun tutduğu

İnterpolun tutduğu "reket"ə 11 il cəza verildi

Kriminal
18 İyun 2019, 14:53 422
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə ittiham edilən Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Mürsəlov 11 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ulə tələb etmə) maddəsi ilə təqsirli bilnib. Cinayət işi üzrə Vəli Əmirov, Rahim Muradov, Afərin Cavadova və bir ailənin 3 üzvü Rübabə Xudiyeva, Qorxam Xudiyev və Qətibə Xudiyeva zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu Azərbaycan hüdudlarından qaçaraq istintaqdan yayındığna görə, 2017-ci ilin may ayında Azərbaycan onu "İnterpol" xətti ilə axtarışa verib. Bu ilin fevral ayında M.Mürsəlov saxlanılaraq Azərbaycana təhvil verilib.