AZE | RUS | ENG |

İnterpolun sabiq rəhbəri korrupsiyada şübhəli bilinir

İnterpolun sabiq rəhbəri korrupsiyada şübhəli bilinir
İnterpolun sabiq rəhbəri, Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Hunvey kotrrupsiyada şübhəli bilinir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pekin bu ərəfədə Menin qanun pozuntularında şübhəli bilindiyini rəsmən elan edib, dövlət nəzarət komitəsi isə onun barəsində təhqiqata başlayıb. Bundan bir neçə saat sonra İnterpol Men Hunveyin istefaya getdiyini bildirib.

Xatırladaq ki, ötən həftə İnterpolun prezidenti Men Hunveyin Çində yoxa çıxması ilə bağlı Fransada təhqiqat başlamışdı. Onun itkin düşməsi barədə Fransanın Lion şəhərində yaşayan həyat yoldaşı xəbər vermiş və dünya ictimaiyyətini təhqiqata kömək etməyə çağırmışdı. Men yoxa çıxmazdan bir neçə gün əvvəl həyat yoldaşına bıçaqla birgə şəklini göndərərək təhlükədə olduğuna işarə etmişdi.

Hunvey 2016-cı ildən Beynəlxalq polis təşkilatına rəhbərlik edib. Buna qədər o, Çinin İctimai Təhlükəsizlik İdarəsinin nazir müavini, Sahil Mühafizə Xidmətinin direktoru və Dövlət Okean İdarəsinin rəhbəri vəzifəsində çalışıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000