• cümə, 26 Aprel, 13:21
  • Baku Bakı 23°C

İnternetin təhlükələri haqqında kitablar

28.03.16 10:36 1322
İnternetin təhlükələri haqqında kitablar
Beynəlxalq səviyyədə rəzil olmaq və internetin qaranlıq oyunlarının qurbanına çevrilmək Helen Fitzcerald üçün o qədər də qorxunc bir mövzu kimi görünməyib. Yeni romanı üçün belə bir mövzu seçən yazar əvvəlcə belə hekayələrdən qaynaqlanan əsərlərlə tanış olmaq qərarına gəlib. Araşdırmanın sonrakı mərhələlərində məlum olub ki, internet və sosial şəbəkələr dünyanın aparıcı qüvvəsinə çevriləndən bəri beynəlxalq səviyyədə rəzil olmaq artıq an məsələsidir. Yaşadığı utandırıcı bir hadisənin özünün də xəbəri olmadan bir anda sosial şəbəkələrə düşməsi ucbatından intihar edən kim, əsəb dispanserinə düşən kim, qatil olan kim. Təəssüf ki, bu tip video və şəkilləri yerləşdirənlərin başında gənc qızlar və yeniyetmələr gəlir. Adi bir sərxoşluq videosu, həvəskar porno film, çılpaq çəkilmiş foto bir anda qəhrəmanın həyatını alt-üst edə bilir. Buna görə ailə və uğurlu karyera həyatı bir anda bitən insanların sayı isə günü-gündən artır. Mövzu ilə maraqlananlar müəllifin “Guardian”da yer almış “Top 10 books about the dangers of the web” yazısı ilə tanış ola bilər. Biz isə internet və sosial şəbəkələrin qurbanı olanlar haqqında yazılmış 10 ən yaxşı kitabı paylaşırıq.
1. Con Ronson – “Beləcə ictimai şəkildə rəzil olursan” (“So you’ve been publicly shamed”)
2. Ceymi Bartlet – “Qaranlıq şəbəkə” (“The dark net”)
3. Lauri Penni – “Siberseksizm” (“Cybersexism”)
4. Stav Sharez – “Müdaxilələr” (“The intrusions”)
5. Angela Klark – “İzlə məni” (“Follow me”)
6. Patrik Karnes, Devid Demoniko, Elizabet Qriffin v Cozef Moriarti – “İnternetin kölgələrində” (“In the shadows of the net”)
7. Eduard Lukas – “Siberfobia” (“Cyperphobia”)
8. Erin Leng – “Yaltaqlıq” (“Butter”)
9. Devid Leyq Luk Hardinq – “Vikiliks: Culian Assancın təhlükəsizlik uğrunda müharibəsi” (“Wikileaks: Inside Julian Assange’s war on secrecy”)
10. Nev Skulman – “Həyat: sevgi, yalanlar və oxşarlıq” (“Life: love, lies and identity”)
banner

Oxşar Xəbərlər