• cümə, 26 Aprel, 23:11
  • Baku Bakı 22°C

İnternet istifadəçilərinin sayı 2020-ci ildə dörd milyardı ötəcək

18.02.17 19:15 1114
İnternet istifadəçilərinin sayı 2020-ci ildə dörd milyardı ötəcək
Beynəlxalq Telekommunikasiya İttifaqının statistikasına görə, 1995-ci ildə dünya üzrə hər yüz nəfərdən biri internet xidmətindən istifadə edirdisə, 2000-ci ildə bu rəqəm yeddiyə çatıb.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, internetdən istifadə edənlərin sayı 2015-ci ildə 3,2 milyard təşkil edib. Bir il sonra isə dünyada təxminən 3,5 milyard nəfər internet çıxışına malik olub.
Ötən il Amerika qitəsində hər yüz nəfərdən 65-i, Müstəqil Dövlətlər Birliyi ölkələrində 66-sı, ərəb ölkələrində 41-i, Afrikada 25-i, Avropada 79-u, Asiya və Sakit Okeanı ölkələrində isə 42-si internetə çıxış imkanı əldə edib.
Proqnozlara görə, 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı 4,1 milyarda çatacaq.
banner

Oxşar Xəbərlər