AZE | RUS | ENG |

İnterkonnektorunun tikintisinə bu ilin sonunda başlana bilər

İnterkonnektorunun tikintisinə bu ilin sonunda başlana bilər
"Azərbaycan qazının Bolqarıstana çatdırılmasını nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) tikintisinə bu ilin sonunda başlanması gözlənilir".
 
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" konfransında Bolqarıstanın energetika nazirinin müavini Rosen Smitçiyev bildirib.
 
Onun sözlərinə görə, hazırda layihə şirkəti - ICGB boruların nəqli və kəmərin inşası üçün elan edilən tenderi yekunlaşdırmaq üçün çalışır. R. Smitçiyev qeyd edib ki, tenderin ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur: "Tikinti işlərinə 2018-ci ilin sonunda başlanılması, 2020-ci ildə interkonnektorun brinci hissəsinin yekunlaşması gözlənilir".
 
O, layihənin maliyyələşdirilməsi ilə bağlı problemin olmadığını bildirib. Energetika nazirinin müavini bildirib ki, IGB-nin ümumi investisiya dəyəri 220 mln. avrodur: "İnvestisiya xərclərinin 1/3 hissəsini Avropa İttifaqından ayrılan qrant təşkil edir. Belə ki,  45 milyon avro Avropa İttifaqı tərəfindən iqtisadiyyatın bərpası üçün Avropa Enerji proqramı çərçivəsində, 39 milyon avro Aİ-nin Bolqarıstan üçün Avropa Struktur fondları tərəfindən qrant ayrılıb. Bundan başqa, Bolqarıstan hökuməti Avropa İnvestisiya Bankından IGB üçün 110 milyon avro kreditin cəlb edilməsi üçün 2018-ci ilin büdcəsindən dövlət zəmanəti verib. Bu da əlverişli şərtlərlə kredit ayrılmasına imkan yaradacaq".
 
Rosen Smitçiyev qeyd edib ki, kredit müqaviləsinin ilin sonuna qədər imzalanması nəzərdə tutulur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000