AZE | RUS | ENG |

“İnter”in baş məşqçisi 4 futbolçumuzdan çəkinir

“İnter”in baş məşqçisi 4 futbolçumuzdan çəkinir
“Neftçi” ilə qarşılaşma bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki ilk turda qalib gələ bilmədik. Bakıda buna nail olub, turnir cədvəlində liderliyə yüksəlmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni deyib. İtaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Neftçi” ilə oyundan öncə təşkil olunan mətbuat konfransında bildirib ki, “ağ-qaralar”ı zəif komanda saymırlar: “Əlbəttə, nümayəndələrimizə “Neftçi” haqda daha çox informasiya toplamağı xahiş elədim. İndi “Neftçi” dəyişib. 4 futbolçu – Flavinyo, Kanales, İmamverdiyev, Vobay bizə başağrısı ola bilər. Bu səbəbdən oyuna ciddi yanaşırıq. “Neftçi” bizim üçün ciddi rəqibdir”. Gənc mütəxəssis aparıcı futbolçularının Bakıya gətirməməyini belə izah edib: “Həmin futbolçular son vaxtlar çox yükləniblər. Qısa müddətdə 5 oyun keçirməli idilər. Buna görə istirahət verdim. Onların əvəzinə enerjili futbolçular oynayacaq. Mənə belə futbolçular lazım olacaq. Qələbə üçün əlimizdən gələni edəcəyik. Komandamın oyununa baxıb, “Milan”la matça hazırlayacağam”. Stramaççoni bütün turnirlərə ciddi yanaşdıqlarını bildirib: “İnter” kimi komanda qatıldığı bütün turnirlərdə yaxşı çıxış etməlidir. Hər üç turnirdə maksimum nəticə qazanmağa çalışmalıdır. A seriyası, İtaliya kuboku və Avroliqada yaxşı çıxış etməyə çalışacağıq. Komandam oyuna böyük motivasiya ilə çıxacaq. Çünki biz bura yaxşı nəticə dalınca gəlmişik. Hücumçumuz Koutinyo indi yaxşı vəziyyətdir. “Rubin”lə 2:2 hesabı ilə nəticələnən oyundan nəticə çıxartmışıq”. O bildirib ki, “ağ-qaralar”ın APEOL-lə görüşləri, “Partizan”la matçı yaxşı keçirməsi güclü olmasından xəbər verir: “Neftçi”yə ciddi rəqib kimi yanaşmaq lazımdır. Əsas futbolçularımızın bura gəlməməyini hörmətsizlik kimi qəbul etməmək lazımdır. Onlar da vaxt gələndə “Neftçi”yə qarşı oynayacaqlar. Onu da demək istəyirik ki, “Neftçi”nin bir az üstünlüyü var. Bu üstünlük rəqibin son vaxtlar yaxşı oynamağı və evdə çıxış etməsidir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906