AZE | RUS | ENG |

“İnter”də 150, Azərbaycanda 180

“İnter”də 150, Azərbaycanda 180
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə ilk oyunu “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze üçün əlamətdar olub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcüstanlı mütəxəssis bu postda 150-ci matçına çıxıb. 2009/2010-cu il mövsümündən “İnter”in sükanı arxasında olan Tsxadadze komandanı 117 Premyer Liqa, 19 kubok, 8 avrokubok və 6 “Birlik kuboku”na hazırlayıb. O, 4 mövsüm ərzində 76 qələbə, 44 heç-heçə, 30 məğlubiyyət əldə edib. Bu oyunlarda “İnter” 186 qol vurub, 105-ni buraxıb. Qeyd edək ki, Kaxaber Tsxadadze hazırda mövcud olmayan “Standard”ı da 30 matça çıxarıb. Bununla da Tsxadadze baş məşqçi kimi Azərbaycan karyerasında ümumi oyun sayını 180-ə çatdırıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311