"İnterAz" telekanalının prezidenti vəfat edib
"İnterAz" televiziya kanalının prezidenti, tanınmış jurnalist Saleh Xudiyev bu gün Bakıda dünyasını dəyişib.APA-nın məlumatına görə, Saleh Xudiyev uzun sürən xəstəlikdən sonradünyasını dəyişib.
Qeyd edək ki, Saleh Aydın oğlu Xudiyev 4 may 1955-ci ildəAğdamrayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonraAğdamKənd təsərrüfatı texnikumuna daxil olub. Azərbaycan İnşaat mühəndisləri İnstitutunu bitirib. "Azmas” teleşirkətini yaradaraq baş direktor vəzifəsini icra edib.Daha sonra "Sara” teleradio şirkətini yaradıb.
2001-ci ildən İnterAz televiziyasına rəhbərlik edib.
Allah rəhmət eləsin!