AZE | RUS | ENG |


“İnteraktiv açıq dərs”də dilimizin özləşmə meyillərindən danışılıb

“İnteraktiv açıq dərs”də dilimizin özləşmə meyillərindən danışılıb
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün  növbəti "interaktiv açıq dərs” keçirilib.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi Nuray Əliyevanın apardığı açıq dərsdə "Azərbaycan dilində özləşmə meyilləri” mövzusundan danışılıb. Nuray Əliyeva qeyd edib ki, Azərbaycan xalqı ölkəmizin coğrafi mövqeyinin təsiri ilə əsrlər boyu fars və fars dilinə qohum dillərdə yaşan xalqlarla ünsiyyətdə olub, nəticəsində bu dildən bir çox söz lüğət tərkibimizə girib: "Ərəb-fars dillərinin təsiri demək olar ki, 1930-cu illərə doğru yavaş-yavaş zəiflədi. 1930-cu ildən sonra bu təsir tamamilə yox oldu və dilimizin zənginləşməsi üçün yeganə mənbə rolunu rus dili oynadı”. 

Alimlərimizin dilimizin yad təsirlərinə qarşı mübarizə apardığını deyən N.Əliyeva bildirib ki, müasir Azərbaycan dilinin lüğət tərkibində 60-cı illərdən başlayaraq özləşmə meyilləri, yəni alınma sözlərin millisi ilə əvəzlənməsi müşahidə olunur. 

Gənc tədqiqatçı sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən danışıb.

N. Əliyeva ölkə Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 23 may 2012-ci il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması barədə imzaladığı Sərəncamları xatırladıb.

Açıq dərs ümumilikdə muxtar respublikanın 205 məktəbində izlənilib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7014
GBP 1 İngilis funt sterlinqi 2.2116
TRY 1 Türk lirəsi 0.4775
KWD 1 Küveyt dinarı 5.6089
SEK 1 İsveç kronu 0.1960
EUR 1 Avro 1.9152
CHF 1 İsveçrə frankı 1.7506
USD 1 ABŞ dolları 1.7023