• cümə axşamı, 25 aprel, 20:39
  • Baku Bakı 21°C

“İnter” Xorvatiya yığması formalaşdırır, Modriçlə danışırlar

01.08.18 11:30 691
“İnter” Xorvatiya yığması formalaşdırır, Modriçlə danışırlar
"İnter” heyətin özəyini Xorvatiya yığmasının üzvlərindən təşkil etmək istəyir.
Kaspi.az xəbər verir ki, Milan nəhəngi "Real”ın futbolçusu Luka Modriçlə maraqlanır. Klub rəhbərlərinin Modriçin nümayəndələri ilə görüşdüyü də iddia olunur.
Məlumata görə, Modriç "İnter” variantına isti münasibət bəsləyir və danışıqlara açıq olduğunu bildirib. Onu da qeyd edək ki, "İnter”də Xorvatiya yığmasının 3 üzvü çıxış edir.
İvan Perişiçlə Martselo Brozoviçə bu yaxınlarda Şime Vrsalko da qoşulub. "İnter” Luka Modriçi də transfer etməklə komandanın özəyini məhz xorvatlardan formalaşdırmağı planlaşdırır.
Modriç DÇ-2018-in ən yaxşı futbolçusu seçilib.
banner

Oxşar Xəbərlər