• şənbə, 20 Aprel, 05:46
  • Baku Bakı 15°C

“İnter” qələbəni son anda təmin etdi

13.07.17 10:49 1484
“İnter” qələbəni son anda təmin etdi
Dünən Avropa Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Kaspi.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin 2-ci təsnifat mərhələsinin ilk oyun günündə yalnız bir matç baş tutub. Avroliqadakı təmsilçilərimizdən "İnter” "Dalğa Arena”da Lüksemburqun "Fola” klubunu qəbul edib.
1-ci təsnifat mərhələsində Serbiya "Mladost”unu məğlub edən (3:0, 2:0) Zaur Svanadzenin yetirmələri lüksemburqluları da mübarizədən kənarlaşdırmağı planlaşdırır. İlk mərhələdə Moldovanın "Milsami” klubunu üstələyən (2:1, 1:1) "Fola” isə Bakıdan sərfəli hesabla qayıtmaq arzusunda idi.
Matç Bakı klubu üçün heç də asan alınmayıb. Belə ki, uzun müddət rəqib qapısına yol tapmağa çalışan "İnter" istəyinə yalnız son dəqiqələrdə çatıb. Oyuna sonradan qoşulan Mirhüseyn Seyidovun vurduğu yeganə qol təmsilçimizə minimal hesablı qələbə qazandırıb - 1:0.
Tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Lüksemburqda keçiriləcək.
banner

Oxşar Xəbərlər