• cümə axşamı, 28 mart, 14:02
  • Baku Bakı 16°C

“İnter“ “Qarabağ“la oyuna itki ilə çıxacaq

30.09.14 16:46 1377
“İnter“ “Qarabağ“la oyuna itki ilə çıxacaq
Avropa Liqasının qrup mərhələsində oktyabrın 2-də evdə "Qarabağ"ı qəbul edəcək "İnter" klubu bu oyuna itki ilə çıxacaq.
Qol.az xəbər verir ki, Milan təmsilçisinin baş məşqçisi Valter Matsari Hüqo Armando Kampanyaronun xidmətindən yararlana bilməyəcək.
Buna argentinalı futbolçunun zədəsinin hələ də tam sağalmaması səbəb olub. Lakin 34 yaşlı futbolçunun həftə sonu A Seriyasında "Fiorentina"ya qarşı oynayacağı gözlənilir.
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
banner

Oxşar Xəbərlər