• cümə, 29 Mart, 17:50
  • Baku Bakı 14°C

"İnter" "Qalatasaray"ı Bakıya gətirə bilər

14.07.17 15:55 1493
"İnter" "Qalatasaray"ı Bakıya gətirə bilər
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Kaspi.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada Azərbaycan klublarının ("Qəbələ", "Zirə", "İnter") da potensial rəqibləri bəlli olub.
Püşkün nəticəsinə əsasən, "Qəbələ" evdə keçirdiyi ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi "Yagelloniya"nı keçəcəyi təqdirdə, 3-cü təsnifat mərhələsində "Panatinaikos"la (Yunanıstan) qarşılaşmalı olacaq.
2-ci təsnifat mərhələsinin ilk oyununda evdə "Fola"nı (Lüksemburq) minimal hesabla məğlub edən "İnter" isə mərhələni keçsə, "Qalatasaray" (Türkiyə) - "Ostersun" (İsveç) cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsilə nəticələnib.
Rumıniyada "Astra"ya uduzan (1:3) "Zirə" ev oyununda bu məğlubiyyətin əvəzini çıxıb, mərhələ adlasa, Ukraynanın "Aleksandriya" klubu ilə üz-üzə gələcək.
3-cü təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 4-də keçiriləcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Panatinaikos (Yunanıstan) - Qəbələ (Azərbaycan)/Yagelloniya (Polşa) cütünün qalibi
Ostersun (İsveç)/Qalatasaray (Türkiyə) cütünün qalibi - İnter (Azərbaycan)/Fola (Lüksemburq) cütünün qalibi
Aleksandriya (Ukrayna) - Astra (Rumıniya)/Zirə (Azərbaycan) cütünün qalibi
Olimpik (Ukrayna) - PAOK (Yunanıstan)
Universtatya (Krayova, Rumıniya) - Milan (İtaliya)
PSV (Hollandiya) - Osiyek (Xorvatiya)/Lutsern (İsveçrə) cütünün qalibi
Norçepinq (İsveç)/Trakay (Litva) cütünün qalibi - Şkendiya (Makedoniya)/HİK (Finlandiya) cütünün qalibi
Krasnodar (Rusiya) - Slovan (Slovakiya)/Lyunqbyu (Danimarka) cütünün qalibi
Şturm (Avstriya)/Mladost (Monteneqro) cütünün qalibi - Fənərbaxça (Türkiyə)
Şemrok Rovers (İrlandiya)/Mlada Boleslav (Çexiya) cütünün qalibi - Kayrat (Qazaxıstan)/Skenderbeu (Albaniya) cütünün qalibi
Austria (Avstriya) - Proqres (Lüksemburq)/AEL (Kipr) cütünün qalibi
Dinamo (Zaqreb, Xorvatiya) - Vaduts (Lixtenşteyn)/Odd (Norveç) cütünün qalibi
Dinamo (Buxarest, Rumıniya) - Atletik (İspaniya)
Arka (Polşa) - Ferentsvaroş (Macarıstan)/Midtyulland (Danimarka) cütünün qalibi
Bordo (Fransa) - Kalyu (Estoniya)/Videoton (Macarıstan) cütünün qalibi
Makkabi (Təl-Əviv, İsrail)/Reykyavik (İslandiya) cütünün qalibi - Panionios (Yunanıstan)/Qoritsa (Sloveniya) cütünün qalibi
Valletta (Malta)/Utrext (Hollandiya) cütünün qalibi - Hoqesund (Norveç)/Lex (Polşa) cütünün qalibi
Brondbü (Danimarka)/Vaasa (Finlandiya) cütünün qalibi - Hayduk (Xorvatiya)/Levski (Bolqarıstan) cütünün qalibi
Gent (Belçika) - Altax (Avstriya)/Dinamo (Brest, Belarus) cütünün qalibi
Everton (İngiltərə) - Rujomberok (Slovakiya)/Brann (Norveç) cütünün qalibi
Aberdin (Şotlandiya)/Şiroki Briyeq (Bosniya və Herseqovina) cütünün qalibi - Apollon (Kipr)/Zarya (Moldova) cütünün qalibi
İrtış (Qazaxıstan)/Srvena Zvezda (Serbiya) cütünün qalibi - Sparta (Çexiya)
Beytar (İsrail)/Botev (Bolqarıstan) cütünün qalibi - Maritimo (Portuqaliya)
Zenit (Rusiya) - Trençin (Slovakiya)/Bney Yehuda (İsrail) cütünün qalibi
Marsel (Fransa) - Ostende (Belçika)
Frayburq (Almaniya) - Valyur (İslandiya)/Domjale (Sloveniya) cütünün qalibi
Kork Siti (İrlandiya)/AEK (Kipr) cütünün qalibi - Rabotniçki (Makedoniya)/Dinamo (Minsk, Belarus) cütünün qalibi
Jelezniçar (Bosniya və Herseqovina)/AİK (İsveç) cütünün qalibi - Braqa (Portuqaliya)
Liepaya (Latviya)/Suduva (Litva) cütünün qalibi - Syon (İsveçrə)
banner

Oxşar Xəbərlər