• cümə, 19 Aprel, 08:56
  • Baku Bakı 13°C

“İnter” onu “əsir” saxlayır ki, “Milan”a getməsin

08.10.19 13:15 646
“İnter” onu “əsir” saxlayır ki, “Milan”a getməsin
"İnter”in sabiq baş məşqçisi Luçano Spalletti istefaya göndərildiyi üçün klubdan 5 milyon avro kompensasiya tələb edir.
Kaspi.az xəbər verir ki, "İnter” rəhbərliyi isə bu vəsaiti ödəməyə hazır deyil. Spalletti "Milan”ı çalışdırmağa namizəddir. Ancaq bunun üçün ilk növbədə "İnter”lə münasibətləri qaydasına salmalıdır.
Məsələ burasındadır ki, Spallettinin "İnter”lə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. O, istefaya göndərilsə də, "İnter”dən aylıq məvacibini alır.
Mütəxəssis klub rəhbərliyinə təklif edib ki, yerdə qalan 2 il üçün 5 milyon avro ödəsinlər və müqaviləyə xitam verilsin. Ancaq klub rəhbərliyi onun bu təklifini hələ ki, qəbul etmir.
Məlumata görə, "İnter” rəhbərliyi Spallettinin məhz "Milan”ı çalışdırmasının qarşısını almaq üçün belə edir.
banner

Oxşar Xəbərlər