AZE | RUS | ENG |

İntensiv yağışlar nəticəsində bəzi rayonlarda evləri su basıb

İntensiv yağışlar nəticəsində bəzi rayonlarda evləri su basıb
Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi rayonlarda həyətləri su basıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağıb.
Nəticədə Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. Yağış sularından əmələ gələn su kütləsinin Hacıqabul rayonunun Muğanlı qəsəbəsinə daxil olması nəticəsində təxminən 40 fərdi evin həyətyanı sahəsi su ilə dolub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN