AZE | RUS | ENG |

“İntəhası...” layihəsi...

“İntəhası...” layihəsi...
İntəhasını rejissor YUĞ Teatrının Mir Sahib Ağazadə deyəcək.
 
1.     M.Meterlinq "teatrda sükut səhnə hərəkətinin ən yüksək təzahürüdür” – deyir. İntəhası... bu sükutu səhnədə hərəkətə döndərən sənətkara səd məttəbə əhsən.
2.     XX əsrə rejissor əsri deyirdilər. İntəhası... tutalım, əsrimizin həzrəti İsası mənəm, bu soxa-soxda nə möcüzə icad eləyim?!
3.     Allah Stanislavskiyə rəhmət eləsin. İntəhası... İbrahimin oğlu Vaqifə vaqif olanlar adından...
4.     Absurd teatrda söz fikri yoxsullaşdıran, təhrif edən, fikri ifadə etməkdən çox ona mane olan ştampdır. İntəhası... əvvəlcə söz yarandı, sonra külli-kainat.
5.     İstedadlı aktyorlarımız çoxdur. İntəhası... istedadsız aktyorlarımız üçün daha rahat meydan var.
6.     O əjdahadan bizdə də var. İntəhası... bizdə yeddibaşlıdır, hər baş bədəni bir tərəfə çəkir.
7.     Dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. İntəhası... Milyon, milyon, milyon, al qızıl gül…
8.     Müvəqqəti narahatçılığa görə üzr istəyirik. İntəhası... ömürdən gedir.
9.    Min qəmim vardır, birin mindən bir adəm bilməyir,
Həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir. İntəhası...
Nə qəmim adəmə bəlli, nə adəmlədir qəmim,
Hər qəmim bir Aləmə bəlli, bir aləmdir hər qəmim...
10. Nağılların sonunda göydən üç alma düşür. İntəhası... biri çürük, biri kiçik, biri çirk...
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN