• çərşənbə axşamı, 23 aprel, 20:12
  • Baku Bakı 20°C

İnstitut direktoru: “Məktəblərdə kimya fənnini öyrədə bilmirlər”

14.10.16 16:44 937
İnstitut direktoru: “Məktəblərdə kimya fənnini öyrədə bilmirlər”
Bu gün ölkənin neft sənayesində ən böyük problem təhsil müəssisələrində kimya fənninin tədrisi ilə bağlıdır. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov bildirib ki, bir çox məktəblərdə kimya fənninin tədrisindən imtina edilir. Onun sözlərinə görə, bu problemlərin həlli üçün kimya müəllimlərinin hazırlanması qaydaları (metodologiyası) dəyişməlidir: "10-cu sinfin 138 səhifəlik "Kimya” kitabını müəllimlər öyrədə bilmirsə, onun əsas səbəbi müəllim hazırlığı ilə bağlıdır. Ona görə müəllimlərin hazırlanması qaydaları dəyişməlidir”.
banner

Oxşar Xəbərlər