• çərşənbə, 24 Aprel, 21:22
  • Baku Bakı 23°C

İnsanların siyasi iradələrini ifadə etmələri üçün heç bir məhdudiyyət yoxdur

14.03.18 13:30 791
İnsanların siyasi iradələrini ifadə etmələri üçün heç bir məhdudiyyət yoxdur
"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında son dərəcə müstəsna əhəmiyyət kəsb edən hadisə - Prezident seçkiləri ərəfəsindəyik. Xalq növbəti dəfə lakin daha fərqli bir müddətə özünün rəhbərini seçəcək. Artıq ölkəninictimai-siyasi mühitində canlanma müşahidə olunmaqdadır".
Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O qeyd edib ki, cəmiyyətin siyasi cəhətdən daha aktiv təbəqəsi ölkənin gələcəyi ilə bağlı məqamları müzakirə edir, müxtəlif siyasi partiyaların fəaliyyətində də xeyli aktivlik hiss olunur.
"Seçkiqabağı proseslər normal məcrada davam edir”
İ. Orucovbildiribki, Azərbaycanda seçkiqabağı proseslər normal məcrada davam edir:"Azərbaycanda seçkiləri həyata keçirmək üçün qəbul edilmiş qanunvericilik bazası ideal və mükəmməldir. İnsanların siyasi iradələrini ifadə etmələri üçün heç bir məhdudiyyət yoxdur. Seçkidə iştirak edən hər iki tərəfin - həm seçicilərin, həm də seçilənlərin fəaliyyəti üçün ideal şərait yaradılıb. Sadəcə seçkidə iştirak etmək üçün siyasi elektoratı formalaşdırmaq, insanların inamını əldə etməklə seçkiləri qazanmaq lazımdır. Digər tərəfdən isə seçkilərdə iştirak etmək istəyini nəticədə qələbə ilə reallaşdırmaq üçün uzun bir müddət var. Hər ötən seçkidən keçən beş il müddətində formalaşmaq üçün, insanların inamını qazanmaq üçün ardıcıl və məqsədli çalışmaq lazımdır. Bəzi qüvvələr bu müddəti 5-6 aya hesablayırsa, o zaman onlar məğlubiyyətə məhkumdurlar. Belə olan halda da, həmin qüvvələr hay-küy yaratmaq və şou düzəltməklə seçki prosesini qaralamağa çalışırlar.
"Azərbaycanda keçirilən seçkilər bütün MDB və Avropa məkanı üçün əhəmiyyətlidir”
Cəmiyyət sədri deyib ki, Azərbaycanda keçirilən seçkilər təkcə regionda gedən siyasi və iqtisadi proseslər üçün deyil, bütün MDB və Avropa məkanı üçün mühüm əhəmiyyətə malikdir: "Artıq heç kəsə sirr deyil ki, Azərbaycanda həyata keçirilən uğurlu siyasət ölkəni regionda lider dövlətə çevirib. Eyni zamanda, Azərbaycan bir-çox göstəricilərinə görə hətta MDB məkanında ilk yeri tutur. Həmçinin ölkəmiz Avropa üçün vacib strateji partnyordur, enerji təchizatçısıdır, nəqliyyat dəhlizidir. Regionda Azərbaycanın iradəsi olmadan heç bir transmilli və qlobal layihəni reallaşdırmaq mümkün deyil. Bu baxımdan Azərbaycanda həyata keçiriləcək seçkilər həm region, həm MDB və həm də Avropa üçün olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, bu seçkilər növbəti 7 il müddətinə ölkənin siyasətini müəyyənləşdirəcək birinci şəxsini seçəcək, o zaman Azərbaycandakı Prezident seçkilərinə görünən və görünməyən maraqların miqyasını asanlıqla anlamaq olar".
banner

Oxşar Xəbərlər