İnsanların sevgisinə sürprizlərlə rəng qatan biznesmen xanım- İş adamı
Sürpriz
sözü insanda xoş əhval yaradır. Hələ qaldı ki, o sürprizi sənə edələr, bu, təbii
ki, daha gözəldir. Amma hər kəs də yeni sürpriz ideyası fikirləşə bilmir. İdeya
olsa belə, bunu etməyə zaman ayırmaq çox vaxt mümkün olmur. Elə onun rəfiqəsi də
sürpriz etməkdən əziyyət çəkənlərdəndir. Buna görə də rəfiqəsi üçün sürprizlər
hazırlayan şirkət axtarır. Amma tapmır, nəticədə beyninə yeni ideya gəlir və
sürpriz hazırlamaq istəyənlər üçün bir iş qurmağa qərar verir. Artıq 3 ildir
ki, bu sahədə öz biznesini qurub. Müsahibimiz "Sürprizim var” şirkətinin rəhbəri
Aytən Əliyeva Rüstəmovadır.
- Sırf
kreativ ideyalarla bağlı işə başlamışdıq. Hansı ki, insanlar bir-birlərinə
sürpriz etmək istəyirlər, amma bunun üçün ya ideyaları yoxdur, ya da zamanları.
Biz də vaxtı, və ya ideyası olmayanlar
üçün bunu bir xidmət şəklində hazırlayıb təqdim edirdik, indi də bu xidmətimiz
mövcuddur. Əvvəl sırf sürprizlər hazırlasaq da, bu gün həm korporativ, həm əyləncəli
tədbirlər, nişan, toyların təşkilatçılığını da peşəkar şəkildə həyata
keçiririk.
- Həmişə
fikirləşmişəm ki, daha yeni nələrisə insanlara təqdim etmək onlar üçün
maraqlıdır. Buna görə biznes qurmaq üçün ilk olaraq daha yaxşı satacağım məhsul,
xidməti müəyyənləşdirmək istəyirdim. Eyni vaxtda sürprizlərə tələbat olduğunu
gördüm. İdeyam da bu tələbatdan yarandı. Bir rəfiqəm üçün sürpriz təşkil edəcək
şirkət axtarırdıq, amma tapmadıq. Bizə ancaq gül salonları, kukla və güldən
buket kimi nələrsə hazırlamağı təklif etdilər. Amma yaxşı sürpriz ideyası verən
olmadı. Həmin vaxt ağlıma sürprizlərlə bağlı iş qurmaq ideyası gəldi. Bu,
Allahın bir qisməti də ola bilər. Uşaqlıqda böyüyüb sürprizlər edən xanım
olacağımı düşünməmişdim.
-
2006-2007-ci illərdə kompyuter proqramları əhali arasında yeni-yeni yayılmağa başlayırdı. O vaxt 17 yaşım var idi
və mən kursda kompyuter proqramları tədris edirdim. Tələbələrim özümdən qat-qat
yaşlı insanlar idilər. Sonra özüm bir kurs idarə etməyə başladım, daha sonra
satış, reklam meneceri, müştəri xidmətləri üzrə menecer, PR menecer, özəl şirkətdə
müdir müavini, müxbir və s. vəzifələrdə çalışdım. Elə olub, eyni vaxtda 3 şirkətlə
işləmişəm. Bu, mənim enerjili olmağımdan və işləmək həvəsimdən irəli gəlir.
Amma illər keçdikcə şəxsi biznesimi qurmaq istədiyimi düşünürdüm. Bu işi quranda çox yaxşı gəlirim var idi və
Azərbaycanın böyük şirkətlərindən birində işləyirdim. Amma öz işimi qurmağı
daha üstün tutdum. Çalışdığım şirkətdə olanda öz işimi qurmaq qərarı verdim,
ayrıldım və öz ideyamla yoluma davam etdim. Ümumilikdə çalışdığım işlərin
hamısı müştərilərlə iş olub. 10 il ərzində topladığım təcrübə və qazandığım
bacarıqlar öz işimi qurmaqda və davam etdirməkdə mənə kömək edir.
- Tək
deyildim. Universitetdə qiyabi təhsil almağıma baxmayaraq, debat klubunun sədri
idim. Debat klubunun sədrinin müavini, PR meneceri və s. olur. Bizim
universitetdə əsas təhsil alanlar xanımlar idi, ona görə komandamda da əsas
yeri xanımlar aldı. Biznesimi quranda
debatda olan komandanı ora dəvət etdim, razılaşdıq. Ofisimiz yox idi deyə,
iclaslarımız universitetin siniflərində, ticarət mərkəzlərində, restoranlarda
olurdu. O vaxt bir kurs da işlədirdim, oranı demək olar, iclas otağımız kimi
istifadə edirdim. Belə-belə işi qurduq. İşə 8 nəfər xanımla başladıq. Əlbəttə,
onların hamısı axıra qədər komandada qala bilmədi. Kimisi bu işi bacarmadı,
kimisi, ümumiyyətlə, işləməyin tez olduğunu düşündü. Zamanla işçi heyəti
tamamilə yeniləndi. Bu işi qurmaqda ən böyük dəstəkçim isə bacımdır. O
olmasaydı, tam olaraq bu işi bəlkə də bacarmazdım. Biznes elədir ki, hər insana
güvənə bilməzsən, hər komanda üzvü sənin işinə sənin qədər can yandırmır. Bacım
ən etibarlı adamımdır.
- Düzü,
bu işi maliyyə əsasında qurmamışam. Yəni,
xüsusi olaraq maliyyə ayırmamışam. Amma lazım olan ləvazimatları maaşımla
alırdım. Əgər bizə nəsə çap etmək lazım
idisə, bunu məvacibim vasitəsilə edirdim. Bu işi qurmaq üçün böyük pullar xərcləməmişəm,
xırda məbləğlərlə işə başladıq. İnsan istəyəndə həmin işi görməyin yolunu
tapır. Əgər yemək bişirmək üçün 3 ərzağınız varsa, ondan da nə isə hazırlayıb ortaya
çıxara bilərsiniz. Mən də o vaxt nəyim var, ondan istifadə edirdim. İdeyam
vardı, aktiv idim, yanımda kömək edəcək dostlarım dayanmışdı. Kiməsə pulsuz,
kiməsə çox cüzi məbləğdə iş görürdük. İşlərimizin sayı artsın, təcrübə
formalaşsın deyə, bunları edirdik.
- Birinci dəfə bir müştəri bizə sürpriz etmək
üçün 300 manat pul verdi. O puldan heç 50 manat da qazanmadıq. Bu gün 5 manata
aldığımız ləvazimatı o vaxt 25 manata alırdıq, çünki yolunu bilmirdik. 300
manatı müştəri bizə verəndə bacımla bir-birimizə baxa-baxa qalmışdıq. Düzdür,
bunu müştəriyə hiss etdirmədik, amma sevinirdik ki, artıq biz kimisə
inandırmışıq. Çünki biz bu sahədə təcrübəsiz idik və biznes yeni idi, ətrafımızda
bu işə inanmayanlar da var idi. Hansı ki, sonralar işimizin alınacağına şübhə
ilə yanaşanlar belə, bizdən sürpriz hazırlamağımızı istədilər. Məmnuniyyətlə
hazırladıq.
-
Çalışan hər bir insanın gəliri olur. Əziyyət çəkənin ruzisini Allah yetirir.
Xidmət sayı və keyfiyyətə görə müştərilərin müraciəti hər gün daha da artırdı.
Artıq daha böyük tədbirləri belə rahatlıqla öhdəmizə götürə bilirik.
- Hazırda
komandada daha çox adam var. Amma hamısı ofisdə deyil. Dizayner, florist, PR
meneceri, fotoqraf, videoqraf və s kimi işçilərin ofisdə oturmasına ehtiyac
yoxdur. Ümumilikdə komandamızda 30 nəfərdən çox heyət çalışır.
- İdeya əsasən
məndən gəlir. Düzü, bir ara çalışdıq ki, ideyaları hazırlayan xüsusi insanlar cəlb
edək. Gəldilər, ideyalar verdilər də, amma tam mənada məni qane etmədi. İnsan
bir işin qurucusu olanda ortaya nə çıxarmaq istədiyini özü daha yaxşı bilir.
Başqası nə istədiyimizi tam mənada bilmir, ya da mən elə insanla
qarşılaşmamışam. Hansısa ideyadan bəhrələndiyim də olub, kiminsə ideyasının üzərində
işləyib nələrsə hazırladığım da… Bunu danmaq olmaz. Amma böyük əksəriyyət mənim
ideyalarımdır.
- Əvvəllər
daha çox kişilər edirdilər. 100 nəfərdən 5-i xanım olsa, bu, fantastik rəqəm
idi. Bir ara isə xanımların sayı çoxalmağa başladı. Bir aylıq göstəricimizdə 10
nəfər vardısa, onun 3-ü kişi olurdu. Bilmirəm, bu nədən irəli gəlmişdi. Amma
indi demək olar, yarı-yarıyadır. Sürprizi mənasız hesab edən kişilərin bir
çoxunun fikri dəyişib, qadınlar da sürprizi ancaq əks cinsdən gözləmirlər, özləri
də nəsə edirlər.
- Belə
hal olmayıb. Ancaq qarşı tərəfin heç heyrətlənmədiyini gördüyümüz anlar olur.
Bütün sürprizləri komanda olaraq çox böyük həvəslə hazırlayırıq. Sanki özümüz
üçün edirik. Sürprizi edən adamla birgə həyəcanla o möhtəşəm anı gözləyirik. O
qədər sürpriz olub ki, ağlamışıq,
gülmüşük. Bəzən oğlan neçə saat əvvəldən gəlib bizimlə bir yerdə hazırlaşır, hər
detalla bir-bir maraqlanır. Sürpriz anında xanım elə bir reaksiya verir ki,
sanki hər şey belə olmalıymış, sevincini ifadə etmir, əks fikir də demir. Bu
halda daha çox qarşı tərəf məyus olur.
- Düzü
şübhələnmirik. Çünki o ideya bir nəfərə tətbiq olunmur, xeyli insan üçün
hazırlanır. İdeya satışa çıxarılanda tələbata baxılır. Heç tələb yoxdursa, deməli,
ideya doğrudan da yaxşı deyil. Belə hallar, demək olar, olmur. Bəzən sürpriz edən
şəxs qarşı tərəf üçün maraqlı olmur, ona görə də edilən bütün sürprizləri adi
qarşılayır. Bir dəfə bir oğlan qızla münasibət qurmaq istəmirdi. Amma qız əl çəkmirdi,
sürprizlər edirdi ki, bu iş alınmalıdır. Biz 3 dəfə ona çox fantastik sürprizlər
hazırladıq. Amma o oğlan hər dəfə sevinmək və təşəkkür etmək əvəzinə, əsəbiləşirdi. Üç cəhddən sonra qız işin
sürprizlə bağlı olmadığını anladı.
-
Sürprizdən təsirlənib, göz yaşlarını saxlaya bilməyən kişilər də olub. Xanımı
qucaqlayanlar, bizə dəfələrlə təşəkkür edənlər də var. Amma tərəflərin bir-birlərinə
sevgisindən çox şey asılıdır. Düzdür, biz onların sevgisinə bir rəng qatırıq.
Əgər sevgi yoxdursa, bu, bir az çətindir.
-
Universitetə hazırlaşmaq, yemək bişirmək necə çətindirsə, bu iş də çətindir. Çətinliyim
olur əlbəttə, hər zaman səbirli olmaq asan olmur, hər gün tam fərqli insanlarla
işləmək, onların həyəcanlı və stressli günlərində tədbirlərini hazırlamaq da
asan deyil, əlbəttə. Ancaq işi sevmək bütün bunlara qarşı gücləndirir məni.
Biznes təhsilli olmamağım bəzən çətinlik yaradır, amma hər gün onun da öhdəsindən gələ biləcəyim yeni yollar kəşf edirəm. İndi həyat yoldaşım da biznes məsələlərində mənə çox kömək edir. Əvvəllər daha çox vaxtım şəxsi inkişafla bağlı kitablar oxumaqla, TEDx-lərə qulaq asmaqla keçirdi. O qədər seminar, treninqlərə gedirdim ki, anam da bəzən sertifikatlarımdan bezirdi. İndi o qədər çox vaxtım olmasa da, yaxınlarda yerli və xarici mütəxəssislərin seminar və treninqlərinə qatılmağı planlaşdırıram.
- Həmişə
düşünmüşəm ki, bütün gün evdə oturmaqda maraqlı nə var? Necə olur ki, insanlar
davamlı olaraq günün 24 saatını evdə keçirirlər? Bu, mənə çox maraqlı gəlib və
soruşmuşam da. Amma normal cavab ala bilməmişəm. Biznes sahəsi ilə bağlı
verdiyim cavab da kimin üçünsə maraqlı olmaya bilər. Amma insan hansı işdə
özünü xoşbəxt, rahat hiss edirsə, orada çalışmalıdır. Mənim üçün biznes elədir.
Bütün gün ora-bura qaçmaq, nələrsə öyrənmək, inkişaf etmək, yenilikləri kəşf
etmək həyat tərzimdir. Hər kəsin təbiəti fərqlidir. Kimini pul qazanmaq, kimini
şokolad, kimini də mənim kimi uğur qazanmaq xoşbəxt edir.
-
Pessimist olmayan insanlara üstünlük verirəm. Bu, birinci qaydadır. Çox yaxşı
potensialı olsa da, həddindən artıq pessimist, tez depressiyaya düşən
insanlarla işləməyi bacarmıram. Ola bilsin ki, mənim xarakterimdən irəli gəlir,
amma o cəhətdən çox səbirli insan deyiləm. Hərəkətli və çərçivələri olmayan
insanlarla işləməyə üstünlük verirəm. Çünki bizim işin gecəsi-gündüzü yoxdur.
Gecə 3-də də işdə ola bilərik, səhər 8-də də, günorta da. Bu kriteriyalar çox
önəmlidir.
- Xeyr
etmir, buna həm şans, həm doğru seçim də deyə bilərəm. Allaha inanıram və həmişə
dua edirdim ki, mənə əks olan insanları qarşıma çıxartmasın. Yoldaşım mənim
üçün yaxşı dost və mənəvi dəstəkdir.
- Görün,
indi yoldaşım nələr çəkir (gülür – A.A.). Özüm etdiyim sürprizlər mənim üçün
adiləşib. Çünki bir sürprizi yalan olmasın 50 dəfə görmüşəm. Amma yoldaşımın
etdiyi də özünə xas olur. Kiçik və böyük, fərqi yoxdur. Nələrin mənim xoşuma gələcəyini
demək olar, bilir. Mənim etdiklərimi yox, öz ideyası ilə nələrsə edir. Onun
üçün bir dəfə mən də etmişəm. Amma ona hər gün sürpriz etdiyimi desəm, yalan
olar.
-
Evdarlığı o qədər də bacarmıram. Bütün günü yemək bişirib, ev yığışdırmağı
sevirəm desəm, yalan olar.
Aygün Asimqızı
- İlk olaraq "Sürprizim var”ın gördüyü işlər haqda
danışaq...
-
Bizneslə məşğul olmaq üçün bu gün kifayət qədər sahə var. Amma sürprizləri
seçmisiniz. Bu ideya necə yarandı?
- Filologiya fakültəsini bitirsəniz də, bu gün
bizneslə məşğulsunuz. Bəs bundan əvvəl harada işləmisiniz?
- İşə ilk başlayanda komandanızda kimlər vardı?
- Bəs nə qədər maliyyə ilə qurdunuz?
- İlk vaxtlardakı qazanc yadınızdadır?
- Zamanla gəlirlər necə dəyişdi?
- İndi komandada nə qədər adam var?
- Sürprizlərin ideyası kimdən gəlir?
- Sürprizi daha çox kimlər edir?
- Bəyənilməyən sürprizlər olurmu?
- Belə məqamlarda gördüyünüz işdən şübhəniz olurmu?
- Xanımları təxmin etmək olur, bəs kişilər sürprizlərə
necə reaksiya verirlər?
- Əvvəllər biznes dünyasında daha çox kişilər idi.
İndi isə xanımlar da burada uğur qazanırlar. Xanım olaraq hər hansı çətinliyiniz
olurmu?
Biznes təhsilli olmamağım bəzən çətinlik yaradır, amma hər gün onun da öhdəsindən gələ biləcəyim yeni yollar kəşf edirəm. İndi həyat yoldaşım da biznes məsələlərində mənə çox kömək edir. Əvvəllər daha çox vaxtım şəxsi inkişafla bağlı kitablar oxumaqla, TEDx-lərə qulaq asmaqla keçirdi. O qədər seminar, treninqlərə gedirdim ki, anam da bəzən sertifikatlarımdan bezirdi. İndi o qədər çox vaxtım olmasa da, yaxınlarda yerli və xarici mütəxəssislərin seminar və treninqlərinə qatılmağı planlaşdırıram.
- Biznesdə maraqlı nə var?
- İşə götürəcəyiniz adamlarda nələrə diqqət
edirsiniz?
- İş saatınızın belə olmasını yoldaşınız problem
etmir?
- Həyat yoldaşınız sizə sürpriz edibmi? Sürpriz edənə
sürpriz etmək bir az çətin olar yəqin...
- İş adamı kimi çox mövzudan danışdıq. Bəs
evdarlığınız necədir?
Aygün Asimqızı