• cümə axşamı, 28 mart, 19:30
  • Baku Bakı 13°C

İnsanlar bilməlidir, mən Messi deyiləm

10.04.17 12:45 776
İnsanlar bilməlidir, mən Messi deyiləm
"Yuventus”un futbolçusu Paulo Dibala Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Dibala həmişə özü olmaq istədiyini bildirib. O, Leonun onun kumiri olduğunu bildirib, amma Messi olmadığını deyib:
"Messi həmişə mənim kumirim olub. Onun meydanda etdikləri heyrətamizdir. Leo ilə məni müqayisə etmələrini də anlayıram. Ancaq insanlar bilməlidi ki, mən Messi deyiləm. Gələcəkdə də Messi olmağı düşünmürəm. Mən Dibalayam”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Barselona” və "Real” Dibalanı transfer etmək istəyir.
banner

Oxşar Xəbərlər