AZE | RUS | ENG |

“İnsani hisslərin ədalət qazanması xüsusi motivasiya bəxş edir” - Onun film seçimi

“İnsani hisslərin ədalət qazanması xüsusi motivasiya bəxş edir” - Onun film seçimi
Fəxri Məmmədli: “Bu film əsl sevgini duyanlara, kənardan dəlisov hesab edilə biləcək fikirlərə baxmayaraq, yağış altda rəqsin həyatda ən gözəl duyğu olduğunu bəyan edəcək”

Bəzən insanlardan boş vaxtlarında nə ilə məşğul olduğunu soruşanda, filmə baxdığını deyir. Film artıq insanlar üçün estetik zövq verən, onların dünyagörüşünü inkişaf etdirən ən gözəl vasitədir. Boş vaxtı olan şəxslər dostlardan baxmağa, zamanı xərcləməyə dəyən yaxşı film soruşurlar. Bu zaman çoxlu film adları məsləhət verənlər olur. Bu dəfə isə film məsləhəti üçün Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, təlimçi Fəxri Məmmədliyə müraciət etdik. O bir kinoman kimi izlədiyi, xoşuna gələn filmlərin daha çox olduğunu dedi, bildirdi ki, buna görə 5 film seçmək onun üçün olduqca çətindir.

İlk film yəhudi əsilli fransız rəssamının acı həyat hekayəsini təsvir edən "Amedeo Modelyani” kinosudur: "Bu film mənə azad ruhun, sevginin, bütün maddi sərvətlərin fövqündə durduğunu hiss etdirir. Baş qəhrəman dəlisov Modinin sənət və sevgisini bütün məhrumiyyətlərə baxmayaraq, qorumağa çalışan həyat yoldaşı Jannanın obrazı, qadın gücünün ən gözəl təzahürlərindəndir. Bu film əsl sevgini duyanlara, kənardan dəlisov hesab edilə biləcək fikirlərə baxmayaraq, yağış altda rəqsin həyatda ən gözəl duyğu olduğunu bəyan edəcək”.

Azərbaycan filmi olan "Gümüşgöl əfsanəsi” 2-ci yerdədir: "Film şəhərdən ucqar rayon kəndinə gedən gənc sənətşünas-tədqiqatçı oğlanın sadə kənd qızı ilə məhəbbətini əks etdirir. Ruhu saf olan qız, məşhur əfsanənin sevgi, saflıq sirrini oğlana açaraq gölün üzərində gəzə bildiyini göstərir”.

3-cü isə "Ulduzlararası” (Interstellar) kinosudur: "Hesab edirəm ki, elmi fantastikanın ən unikal nümunələrindən biri məhz bu filmdir. İnsanın başqa planetlərdə həyat axtarması, nəslinin gələcəkdə baş verəcək fəlakətlərdən qorumaq cəhdi təkcə elmdə deyil, həmçinin, kinematoqrafiyada da əsas mövzulardan biridir. Bu mənada film elmlə bədiiliyin təmasını olduqca mühüm mesajlarla əks etdirə bilib. Filmdə bioloji varlıq kimi insanın gücü və qələbəsi nikbin olmağa əsas verir. Filmdə diqqətimi çəkən əsas məqamlardan biri isə baş qəhrəmanlardan olan Mörfinin ömrünün son anlarında atasının yolunu gözləyərkən ifadə etdiyi fikirdir: Atam mütləq gələcək, çünki o, mənə söz verib”.

4-cü seçimi isə demək olar ki, bütün uşaqların sevərək izlədiyi "Evdə tək” filmidir: "Hər il milad bayramı ərəfəsində göstərilən bu uşaq filmi ən sevdiyim kinolardandır. Filmin bütün ssenarisini əzbər bilsəm də, hər il baxıram. Filmin mənə verdiyi ən önəmli mesajlardan biri, insanın öz sevdiklərini, düzgün bildiyi dəyərləri qorumaq uğrunda olan mübarizəsidir. Ən əsası filmdə önyarğılı davranmamaq, görünüş baxımından vahiməli görünə bilənlərin, əslində gözəlliyə malik ola biləcəyi fikrindən qorxmamaq mesajı verilir. Filmdə ailə sevgisi, dəyərlərin ön plana çəkilməsi isə bu kinoda hər birimizin öyrənə biləcəyi zəngin çalarları əks etdirir”.

"Gələcəyə qayıdış” (Back to the Future) filmi isə sonuncudur: "Düşünərəm ki, elmi fantastikanın ən maraqlı nümunələrindən biri də məhz "Gələcəyə qayıdış” tripdixidir. Bildiyim qədəri ilə hazırda 4-cü seriyası çəkilir. 1980-ci illərdə çəkilən bu filmdə gələcəklə bağlı göstərilən bir sıra yeniliklərin artıq günümüzdə həyata keçməsi çox məşhur bir ifadəni xatırlamağımıza kömək edir: Məşhur xəyalpərəstlərin arzuları öz sağlıqlarında olmasa da, mütləq yerinə yetir. Digər sevdiyim kinolarda olduğu kimi, burada da nəcib insani hisslərin sonda ədalət qazanması, mənə xüsusi motivasiya bəxş edir”.
 
Günel Azadə 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289