• çərşənbə axşamı, 19 mart, 06:24
  • Baku Bakı 8°C

İnsan tüpürcəyi yaranı sağaltmaq üçün güclü vasitədir

12.08.17 21:46 1474
İnsan tüpürcəyi yaranı sağaltmaq üçün güclü vasitədir
Çili Universitetinin alimləri müəyyən ediblər ki, insan tüpürcəyinin tərkibində olan mikrob əleyhinə peptid - histatin-1 yaranın sağalmasını tezləşdirə bilər.AZƏRTAC"Zee News”a istinadla xəbər verir ki, histatin-1 sağalmanın effektiv olması üçün yeni qan damarları əmələ gətirən angiogenez prosesini stimullaşdırır.
Mütəxəssislər histatin-1-in angiogenezə təsirini öyrəniblər. Tədqiqatçılar hüceyrə kulturaları, toyuq embrionları və sağlam könüllülərin tüpürcək nümunələri ilə eksperimentlər apararaq aşkar ediblər ki, histatin-1 angiogenezə, hüceyrə adgeziyasına və miqrasiyasına şərait yaradır. İndi mütəxəssislər yaraların müalicəsi üçün materiallar və implantatlar hazırlamaq üzərində çalışırlar.
banner

Oxşar Xəbərlər