• cümə, 29 Mart, 03:09
  • Baku Bakı 7°C

Amerika Film Festivalı: “İnsan Ruhunun Qüdrəti”

26.04.19 12:00 651
Amerika Film Festivalı: “İnsan Ruhunun Qüdrəti”
ABŞ-ın Azərbaycandakı Səfirliyi "Park Cinema” ilə əməkdaşlıq edərək, Bakıda ilk "Amerika Film Festivalı”na sponsorluq etməkdən məmnundur. Bütün filmlər 2019-cu il mayın 1-5-də "Park Cinema Fleym Touers”-də nümayiş olunacaq və "İnsan Ruhunun Qüdrətini” nümayiş etdirəcək.
"Aydakı Adam”,”Yaraşıqlı Oğlan”, "Yaşıl Kitab”, "Sevgi ilə, Saymon” və "Bir Ulduz Doğulur” kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletlər www.parkcinema.az saytında və "Park Cinema” kassalarında da mövcuddur.
ABŞ-ın Azərbaycandakı Səfirliyi bu tədbiri burada keçirilməsinə görə "Park Cinema”ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir:

Filmlərin nümayişi; Alov Qüllələri, Mehdi Hüseyn 1 a ünvanında yerləşən "Park Cinema”da olacaq

"Amerika Film Festivalı” barədə daha ətraflı məlumatı ABŞ-n Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsinə: www.facebook.com/baku.usembassy;
və yaxud "Park Cinema”nın rəsmi veb-saytına: www.parkcinema.az müraciət edərək əldə edə bilərsiniz.
banner

Oxşar Xəbərlər