• çərşənbə axşamı, 19 mart, 10:53
  • Baku Bakı 8°C

İnsan papilloma viruslarının bəzi növləri xərçəng xəstəliyinə səbəb olur

18.01.19 14:45 501
İnsan papilloma viruslarının bəzi növləri xərçəng xəstəliyinə səbəb olur
İnsan papilloma viruslarının sərbəst yaşama qabiliyyətləri olmadığından onların "sahib” orqanizmdəki həyat fəaliyyətləri öyrənilib. Hazırda papilloma viruslarının insanda 100 dən çox tipinə rast gəlinir. Əlamətləri virusun növlərindən asılı olaraq müxtəlifdir. Əksər hallarda heç bir əlamətlə özünü göstərmir. Buna səbəb immun sistemin nəzarəti altında olmasıdır. Virusun müəyyən növləri papilloma, digərləri yastı xallar və kandillomaların yaranmasına gətirib çıxarır. Bəzi tipləri isə xərçəng xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Bunlar hamısı öz növbəsində xoşxassəli şişlərdir.
AZƏRTACxəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının dosenti, həkim-dermatoveneroloq Elşad Novruzov məlumat verib.
Mütəxəssis bildirib ki, əgər hamilə qadın bu virusa yoluxubsa, doğuş zamanı virus körpəyə də keçir.
E.Novruzov virusa yoluxmanın səbəbləri arasında qorunmamış cinsi əlaqənin olması, zəifləmiş immunitet, zərərli vərdişlər, xroniki stress, qrip, mədə-bağırsaq sisteminin xəstəlikləri, hamam, sauna kimi rütubətin çox olduğu yerlərdə həddən ziyadə keçirməyin yer aldığını deyib.
banner

Oxşar Xəbərlər