AZE | RUS | ENG |

İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş

İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş
İyulun 11-də Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı vurğulayan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, regional məhkəmələrin fəaliyyəti barədə məlumat verib. F.Məmmədov bu sahədə islahatların dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini deyib.
İnsan hüquqları üzrə Avropa komissarı kimi ilk dəfə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq səfərin məqsədinin insan haqlarının, o cümlədən məcburi köçkünlərin hüquqlarının təmini sahəsində dəstək göstərmək olduğunu bildirib, məhkəmə-hüquq sistemindəki islahatları və yenilikləri maraqla qarşılayıb.
Səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün yaradılmış imkana görə minnətdarlığını bildirən xanım D.Miyatoviç Azərbaycan tərəfinin "açıq qapı" siyasətini qarşılıqlı əməkdaşlığın və etimadın yaxşı təzahürü kimi dəyərləndirib, cinayət qanunvericiliyinin dekriminallaşdırılması məsələsinə toxunub.
Komissar cəza siyasətinin humanistləşdirilməsinə dair dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər olunaraq bir sıra əməllərin dekriminallaşdırıldığı, humanistləşdirmə tədbirlərinin bu gün də davam etdirildiyi barədə məlumatlandırılıb.
Görüşdə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, Avropa Məhkəməsinin qərarlarının icrası, bölgələrdə hüquq institutlarının inkişafı, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, vəkillərin Ədliyyə Akademiyasında tədrisi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002