• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

“İnsan hüquqları” maneəsi - UEFA-dan Türkiyəyə

02.05.17 13:45 1047
“İnsan hüquqları” maneəsi - UEFA-dan Türkiyəyə
Almaniya və Türkiyə futbol federasiyalarının nümayəndələri UEFA-nın Nyondakı mənzil-qərərgahında keçirilən seminarda iştirak ediblər.
Kaspi.az xəbər verir ki, seminar Avro-2024-ə ev sahibliyi etmək üçün ərizələrin verilməsi qaydalarına həsr edilib. Futbol tarixində ilk dəfə olaraq, qaydalara insan hüquqları məsələsi də daxil edilib.
Böyük ehtimalla, UEFA bu dəyişikliyi etməklə, Türkiyənin qarşısında maneə yaratmaq istəyir. Məsələ ilə bağlı UEFA prezidenti Aleksandr Çeferin belə deyib:
"İnsan hüquqlarının qorunması və sahibkarlıq fəaliyyəti UEFA üçün çox böyük əhəmiyyətə malikdir. Ona görə də insan hüquqları ilə bağlı bəndin tələblər sırasına aid edilməsi vacib idi. İndi Avropa çempionatını keçirmək istəyən hər bir ölkə bu tələbələr riayət etməlidir”.
Almaniya və Türkiyə Avro-2024-ə ev sahibliyi etmək niyyətindədir.
banner

Oxşar Xəbərlər